"Neftçi" klubunun məşqçisinin maşınını vurub qaçdılar - FOTO

Hadisə 4 Aprel 2025 10:51 Oxunub 970
"Neftçi"  klubunun məşqçisinin maşınını vurub qaçdılar - FOTO
Wha|

“Neftçi” futbol klubunun məşqçisi Babək Həsənovun maşınını vuran sürücü hadisə yerini tərk edib.

Zərərçəkmiş sürücü Avtosfer.az-ın “Whatsapp” ünvanına müraciət edərək başına gələn hadisəni şərh edib. Qəza paytaxtın Binəqədi rayonunda (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında) aprelin 3-də axşam saatlarında qeydə alınıb. Belə ki, Babək Həsənova məxsus 99-TD-898 dövlət nömrə nişanlı “KIA” markalı avtomobil, 77-FD-721 dövlət nömrə nişanlı “KIA” markalı maşının sürücüsü tərəfindən vurulub. Zərərçəkmiş qəzanı törədən şəxsin hadisədən sonra ona yaxınlaşaraq vurduğu zərəri ödəyəcəyini vəd etdiyini qeyd edib. Ardınca adam çağırdığını bildirən sürücü zərərçəkmişə hələlik maşında əyləşərək gözləməsini söyləyib. Lakin o, maşınına oturaraq qəza yerindən qaçıb.

Zərərçəkmiş məsələylə bağlı aidiyyəti orqanlara ( DİN-in “102” Xidməti-Zəng mərkəzinə, sığortaya) müraciət etdiyini əlavə edib.

Babək Həsənovun iddiasına əsasən, sürücüdən kəskin spirt qoxusu gəldiyi üçün o, böyük ehtimal sərxoş halda avtomobili idarə edib. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh