Neftçilər prospektində azyaşlıların həyatını təhlükəyə atan piyadalar - VİDEO

Hadisə 20 İyun 2024 15:45 Oxunub 284
Neftçilər prospektində  azyaşlıların həyatını təhlükəyə atan piyadalar  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Neftçilər prospektində qayda pozan piyadalar kameraya düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 19-da axşam saatlarında qeydə alınıb. Qadın piyadalar azyaşlılarla birlikdə yolun hərəkət hissəsindən qaçaraq keçiblər. Belə ki, onlar hərəkətdə olan avtomobilləri görməzdən gələrək qəza təhlükəsi yaradıblar. Xoşbəxtlikdən sürücü son anda nəqliyyat vasitəsini saxlayıb və onlara yol verib. 

Qeyd edək ki, sürücü hadisənin görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, yaxınlıqda yeraltı keçidin olduğunu bildirərək qayda pozan piyadaları qınaq obyektinə çevirib.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh