"Neftçilər" stansiyası yaxınlığında baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Hadisə 3 Sentyabr 2024 16:03 Oxunub 202
"Neftçilər"  stansiyası yaxınlığında baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Metronun "Neftçilər" stansiyası və Nizami Rayon İcra Hakimiyyətinin binası yaxınlığında baş verən yanğın söndürülüb".

Bu məlumat Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən verilib.

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunun ərazisində, Qara Qarayev küçəsində yerləşən ticarət obyektinin arxasındakı köməkçi tikilidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - deyə məlumatda bildirilir.

***

Metronun "Neftçilər" stansiyası və Nizami Rayon İcra Hakimiyyətinin binası yaxınlığında yanğın başlayıb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, yanğının güclü olduğu bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh