Banner

Nərimanovda avtomobillərdən oğurluq edən dəstə saxlanıldı - FOTO - VİDEO

Hadisə 10 Oktyabr 2025 16:18 Oxunub 1108
Nərimanovda avtomobillərdən oğurluq edən dəstə saxlanıldı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nərimanov rayonunda soyğunçuluq hadisəsi və avtomobillərdən silsilə oğurluqlar edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, iki nəfər rayon ərazisində yerləşən marketlərin birində kassada olan pul vəsaitini açıq talama yolu ilə ələ keçirib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş - 35 yaşlı Şirməmməd Məmmədov və 21 yaşlı Rəcəb Qulamov saxlanılıblar. Araşdırmalarla Ş.Məmmədov və R.Qulamovun əlavə olaraq rayon ərazisində üç avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən qiymətli əşyalar oğurladıqları da məlum olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh