Nərimanovda "Kalaşnikov" aşkarlandı - FOTO - VİDEO

Nərimanovda əməliyyatlar zamanı 10 kiloqram narkotik vasitə, 1 “Kalaşnikov” və 62 ədəd soyuq silah aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin və ərazi polis şöbələrinin may ayının əvvəlindən keçirdikləri əməliyyatlarla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 10 kiloqram müxtəlif növ narkotik vasitə çıxarılıb. Saxlanılanlardan Vüqar Dadaşlı, Tehran İsmayılov və Əhməd Aslanov paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər.
Saxlanılanlar barəsində cinayət işləri başlanılıb.
Tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Elbrus Hümbətovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd patron və 1 ədəd daraq aşkarlanıb.
Əməliyyatlar zamanı talama cinayətləri törətdiyinə görə 5, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 15 nəfər tutulub.
Nərimanov rayonu ərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq onların satışının qarşısının alınması istiqamətində də silsilə tədbirlər görülüb. Nəticədə soyuq silah hesab olunan alətlərin satışı ilə məşğul olan 2 nəfər saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.
Onlardan 62 ədəd xəsarət yetirmə təyinatlı alətlər götürülüb.
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO














