Nərimanovda təmir sexində yanğın oldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, İ.Qayıbov küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Avtosfer.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 1300kv.m olan bir dam altında tikilmiş avadanlıqların təmiri sexi və anbar kimi fəaliyyət göstərən obyektin dam örtüyündə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam örtüyündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən obyektin təmir və anbar hissəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində obyektin dam örtüyü 120kv.m. sahədə və işçilərin soyunub-geyinmə otağı 5kv.m. sahədə yanıb.
Obyektin təmir və anbar sahəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO












