Bakıda bu ərazidə yanğın başladı - YENİLƏNİB

Bakıda istifadə edilməyən köhnə tikilidə baş verən yanğın söndürülüb.
Avtosfer.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetnə Xidmətinin 14 texnikası, 66 şəxsi heyəti cəlb edilib.
***13:23
Bakıda köhnə tikilidə baş verən yanğın məhdudlaşdırılıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən "Nəsimi" metrostansiyasının yaxınlığında yerləşən köhnə poliklinika binası olan və hazırda istifadəsiz tikilidə baş verən yanğın məhdudlaşdırılıb, yanğının ətraf tikililərə keçməyinin qarşısı alınıb.
Hazırda soyutma işləri aparılır, yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
***13:07
Bakı şəhəri, Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO
Bakı-Sumqayıt yolunda maşınlara daş atanlar KİMDİR? - VİDEO
Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi - Saxlanılanlar var - FOTO
Xırdalanda təhlükəli mənzərə: Sürücülər qəza riski ilə üz-üzədir - VİDEO
Yük maşını xarab olub yolu kəsdi; polislər müdaxilə edib tıxacın qarşısını aldı - VİDEO












