“Nəzrin əməliyyatdan 35 gün öncə müayinə edilmişdi” - VİDEO

“Nəzrinin 29 yaşı var idi, bir də azyaşlı qızı. Dekabrda övladının 3 yaşını qeyd elədik. Onun körpəsinin “anam haradadır?” sualına cavab tapa bilmirik. Ancaq anasını axtarır, onu ən son evdən anlaqsız vəziyyətdə çıxanda görmüşdü”.
Avtosfer.az xəbər verir ki, bunu burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın bacısı Nərmin Paşabəyli Baku TV-yə açıqlamasında deyib.
“Körpə düşünür ki, anası sağalıb, qayıdacaq. Sadəcə bizdən zamanını soruşur. Hələ ki heç kəs cəsarət toplayıb, ona cavab verə bilmir. Yoldaşı, uşağı və bizlər çarəsiz vəziyyətdəyik”, - deyə o əlavə edib.
N. Paşabəyli, həmçinin bacısının həkimi araşdırmadığını söyləyib: “Biz bilmirdik, o ancaq özü axtarırdı, dedi ki, bu həkim yaxşıdır, 10 il iş təcrübəsi var. Biz də heç nə demədik. Amma bacım həkimi yaxşı araşdırmamışdı. Quqldan baxsa belə görərdi ki, məsləhətli deyil. Sadəcə bildiyi o idi ki, həkimin təcrübəsi 10 ildir. Başqa məlumatı yox idi. Bacım əməliyyatdan 35 gün öncə müayinə edilmişdi, bu da əvvəldən görünürdü ki, həkim problemlidir”.
Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra Nəzrin Mansurovanın vəziyyəti ağırlaşıb. O, komaya düşərək vəfat edib.
Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırılıb və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.
Qarabağda bədbəxt hadisə: İki nəfər həyatını itirdi - FOTO
Metronun yaxınlığında əlbəyaxa dava: Qadın kişini döydü - VİDEO
Xankəndidə “Niva” hərəkətdə olarkən yandı - FOTO - VİDEO
Bakıda dəhşət: 20 gün sonra toyu olacaq 17 yaşlı qız sığınacağa QAÇDI
Şəkidə itlər Niderland vətəndaşına hücum etdi: XƏSARƏTLƏRİ AĞIRDIR - VİDEO
Bakıda sürücü avtobusu qapısı açıq sürdü? - VİDEO
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ÖLDÜ
"Əhmədli" stansiyasında sərnişin QATAR YOLUNA DÜŞÜB
Təmizlik işçisi motosikletin altında qalmaqdan son anda qurtuldu - VİDEO
Azərbaycanlıların müntəzəm istifadə etdiyi aeroportda malyariya – Bir əməkdaş öldü
Milyard yaşlı muzey eksponatları oğurlandı










