Nişan pozuldu, pul borcu mübahisəyə səbəb oldu – Bakıda qudalar arasında dava

Bakının Xəzər rayonunda qudalar arasında yaranan mübahisə dava ilə nəticələnib.
Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, Goranboy rayon sakini, 1977-ci il təvəllüdlü Namiq Bağırov oğlunun nişanlısının anası Tamaradan (ad-soyad şərti verilib – red.) 1000 manat məbləğində borc alıb.
Daha sonra borcun qaytarılması ilə bağlı aralarında narazılıq olub. Onların mübahisəsi dava-dalaşla nəticələnib.
Bağırovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə ittiham elan edilib.
Bağırov izahatında bildirib ki, sonuncu dəfə təxminən 5 ay əvvəl Tamaranın evində olub: “Tamaradan pulu oğlum Sərxan faizlə götürüb. Həmin pul faizlə də geri qaytarılıb. Bu hadisələrdən sonradan məlumatım olub. Sərxan ilə Tamaranın qızı nişanlı olublar. Lakin həmin nişan pozulub”.
Təqsirləndirilən şəxs deyib ki, Tamara ilə nə telefon danışığı, nə də görüşüb olub: “Yaşadığı ünvana gedərək onu təhqir etməmişəm. Onun evinə nə oğlum, nə də özüm getmişəm”.
İş üzrə zərərçəkmiş Tamaranın sözlərinə görə, Namiqin oğlu Sərxan onun qızı ilə nişanlı olub: “Namiqlə keçmiş quda hesab olunuruq. Mən qızıllarımı lombarda qoyaraq onlara borc pul vermişəm. Lakin həmin pulu geri tələb etdikdə telefon vasitəsilə təhqir olunmuşam. Daha sonra Namiq oğlu ilə birlikdə yaşadığım ünvana gələrək məni nalayiq sözlərlə təhqir etdilər”.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə Namiq Bağırovun əməlində inzibati xətanın tərkibi olmadığı müəyyən edilib.
Onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Cinayət Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












