"Niva"sını azyaşlıların üzərinə sürərək təhlükəli anlar yaşatdı - VİDEO

Hadisə 25 May 2023 20:52 Oxunub 1150
"Niva"sını azyaşlıların üzərinə sürərək təhlükəli anlar yaşatdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əks yola çıxan sürücü son anda piyadaları vurmaqdan yan ötdü. 

Avtosfer.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin qınağına çevrilən hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb. Mühafizə kamerasına düşən görüntülərdən də bəlli olduğu kimi yoldan qəfil dönərək əks istiqamətdən də keçən “Niva” markalı avtomobilin sürücüsü təhlükəli anlara imza atıb. Belə ki, o, əks yola keçid edərkən avtomobili yol kənarında oturan azyaşlıların üzərinə sürüb. Anidən reaksiya verən piyadalar ayağa qalxaraq geri çəkiliblər. Sürücü isə törətdiyi qəza şəraitinin qarşısını almağı bacarıb. Ani manevrlə maşınını mövcud vəziyyətdən çıxaran sürücü daha sonra geriyə verərək yoluna davam edib. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh