Növbə rəisi həbs edildi; 20 min manatı qumarda uduzub

“SOS” (Security Operation Services) MMC-nin növbə rəisi Azər Cəfərov həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qaradağ rayonu Əlәt qәsәbәsindә yerlәşәn şirkәtlərdən birində mühafizә şirkәtinin hәmin stansiya üzrә növbә rәisi vәzifәsindә işlәyən şəxs dələduzluq əməlində təqsirli bilinib.
O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.
Araşdırmalar zamanı məlum olub ki, A.Cəfərov növbə rəisi işlədiyi şirkətə əlavə 11 mühafizəçinin işə götürüləcəyi vədi ilə 2 nəfərdən 20 min manata yaxın pul alıb. O, həmin pulları qumar oyunlarına qoyub və uduzub.
1980-ci il təvəllüdlü A.Cəfərov pulları Hacıqabul rayonunda aldığından onun barəsindəki işə rayon məhkəməsində baxılıb. Bildirilib ki, A.Cəfərov əvvəllər də dələduzluq əməli törədib və buna görə məhkum edilib. Hacıqabul Rayon Məhkəməsinin budəfəki hökmü ilə ona 2 il 2 ay həbs cəzası verilib.
A.Cəfərovun həbsdən sonra 1 il 6 ay müddәtinә dövlәt vә yerli özünüidarәetmә orqanlarında rәhbәr vә maddi-mәsul vәzifә tutmaq hüququ da məhdudlaşdırılıb.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












