Novxanıda dənizdə batan şəxslərin meyiti sudan çıxarılıb - YENİLƏNİB
Hadisə 12 Avqust 2022 21:28 Oxunub 970
Novxanıda dənizdə batan şəxslərin meyiti sudan çıxarılıb - YENİLƏNİB

Novxanıda iki nəfər dənizdə batıb.

 

Avtosfer.az xəbər verir ki, batan şəxslərin meyiti sudan çıxarılıb.

Onlar 2001-ci il təvəllüdlü Nigar Qasımova və 1999-cu il təvəllüdlü Əliağa Məmmədovdur.

 

Saat 20:01

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

 

Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh