Novxanıda əməliyyat: Gizli narkobunker aşkarlandı - FOTO - VİDEO

Polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, eləcə də narkotik xassəli bitkilərin kultivasiyasına qarşı əməliyyatlar davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayonunun Novxanı qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 45 yaşlı Etibar Qurbanov saxlanılıb.
Avtosfer.az xəbər verir ki, onun yaşadığı ünvana və həyətyanı sahəsində yerin altında hazırladığı gizli bunkerə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 11 kiloqramdan artıq olan 209 ədəd çətənə kolu, həmçinin 2 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, E.Qurbanov bunkerə xüsusi havalandırma, işıqlandırma və istilik sistemləri quraşdıraraq çətənə bitkilərinin yetişdirilməsi üçün münbit şərait yaradıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO













