Novxanıda "ölüm yolu": Piyada keçidi olmayan küçədə faciələr bitmir - VİDEO

Abşeron rayonu, Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsində yaşayan sakinlər ərazidə piyada keçidinin olmamasından şikayət edirlər.
Sakinlərin sözlərinə görə, piyada keçidinin və xəbərdaredici yol nişanlarının olmaması nəticəsində bu yolda bir neçə nəfər avtomobil vurması səbəbindən həyatını itirib. Məhz bu səbəbdən yerli əhali sözügedən yolu "ölüm yolu" adlandırır.
"Bu yolda nə yol nişanı var, nə də piyada keçidi. Gənc bir gəlin avtomobil vurması nəticəsində həyatını itirdi, iki uşağı yetim qaldı. Mənim nənəmi də burada maşın vurdu, o da dünyasını dəyişdi", - deyə sakinlərdən biri bildirib.
Digər sakin isə xüsusilə məktəbdən çıxış saatlarında təhlükənin daha da artdığını vurğulayıb: "Saat 18:30-da uşaqlar dərsdən çıxırlar. Sürücülər onlara yol vermirlər. Yolun hər iki tərəfində qadınları avtomobil vurub və nəticədə hər iki şəxs həyatını itirib".
Sakinlər aidiyyəti qurumlardan ərazidə piyada keçidinin çəkilməsini və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş edirlər.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB










