Nüfuzlu şəxslərin şəxsi məlumatlarını satışa çıxaran haker tutulub - FOTO - VİDEO

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçün ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən kiberhücumlara qarşı xüsusi əməliyyat keçirib. Bu barədə Avtosfer.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, tədbir zamanı kompüter sistemlərinə qanunsuz müdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edən Bakı şəhər sakini Hüseyn Məhərrəmov müəyyən edilərək saxlanılıb. H.Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarından ibarət kibercinayətkar dəstələrlə əlaqələr yaradıb onlar vasitəsi ilə Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının qorunduğu sistemlərin şifrələrini əldə edib mühafizə tədbirlərini pozmaqla həmin serverlərə daxil olub. Daha sonra isə o, “Telegram” və digər sosial şəbəkələrdə yaratdığı anonim səhifələr vasitəsilə şəxsi məlumatları satışa çıxarıb. H.Məhərrəmov sosial şəbəkələrdə bir neçə müxtəlif nüfuzlu şəxsin fərdi məlumatlarını da paylaşaraq istənilən vətəndaş barədə informasiyanı pul müqabilində sata biləcəyi barədə reklam xarakterli elanlar da yerləşdirib. Bu şəxsin kibercinayət əməlləri ifşa olunduqdan sonra onun topladığı fərdi məlumatlar və müvafiq onlayn informasiya sistemlərinə qanunsuz girişi Baş İdarə əməkdaşları tərəfindən aradan qaldırılıb. Əldə edilən elektron sübutların ekspertizası nəticəsində H. Məhərrəmovun kompüter sistemlərinə qanunsuz müdaxilə etmə faktı bir daha təsdiqlənib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. H.Məhərrəmov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaq aparılıb və cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib. H.Məhərrəmovla əlbir olan və xarici ölkələrdə gizlənən şəxslərin də saxlanılması istiqamətində həmin dövlətlərin polis qurumları ilə birgə əməliyyat-texniki tədbirlər davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB













