"NZS"də yaşayış binası qəzalı vəziyyətə düşdü - VİDEO

Xətai rayonu, NZS yaşayış məntəqəsi, Marat Əmirxanov küçəsi, 9 ünvanında yerləşən yataqxana tipli yaşayış binası qəzalı vəziyyətə düşüb.
Avtosfer.az xəbər verir ki, binanın divarları çartlayıb, tavan uçub-tökülür, otaqlar isə rütubətlidir.
Sakinlər deyir ki, bina illərdir qəzalı vəziyyətdədir və təhlükə saçır. Onlar divarların və tavanın hər an başlarına uçmasından qorxurlar.
Sakin Lalə Vaidova deyir ki, yağış yağanda bütün otaqlar su içində qalır, mənzillərini dəfələrlə öz vəsaitləri hesabına təmir ediblər, lakin artıq təmir etmək də mümkün deyil.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, rayon ərazisində istismar müddətini başa vurmuş 100-dən çox bina var. Sözügedən bina artıq paytaxtdakı qəzalı binaların siyahısına daxil edilib və plana uyğun olaraq mərhələli şəkildə söküləcək.
İrana Azərbaycanla münaqişə başlatmaq indiki vaxtda sərf eləmir - POLİTOLOQ
Naxçıvan aeroprotuna düşən dronun qalıqları - FOTOLAR
Naxçıvandan daha bir - VİDEO
“Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu - FOTO - VİDEO - YENİLƏNİB
Bakı Dairəvi yolunda yük maşınının yanmasından GÖRÜNTÜLƏR - VİDEO
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...








