“O söyüşün qarşısında aciz qalası deyildim” – Baş verən qətlin təfərrüatı

Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin yaşadığı binanın qarşısında öldürülməsi faktı üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın "Teleqraf"a istinadən əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, hadisədə təqsirləndirilən 2009-cu il təvəllüdlü Fuad Quluzadə 10 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə təqsirli bilinib. Hadisəyə səbəb isə C.Tağıyevin Yeni ilin gəlişini qeyd edən zaman əlində alışmış vəziyyətdə olan pirotexniki vasitəni F.Quluzadəyə istiqamətləndirməsi olub. Fişəngin qığılcımlarının Fuada dəyməsindən sonra o, Canpolada öz iradını bildirib. Bundan sonra Canpolad qarşı tərəfin ünvanına ağır söyüşlərdən istifadə edib. Həmin vaxt tərəflər arasında əlbəyaxa dava olsa da, kənar şəxslərin müdaxilə edərək onları ayırıblar. Lakin F.Quluzadə Canpoladı öldürmək fikrindən daşınmayıb. Nəticədə yaşadığı evdən bıçaq götürərək yenidən həyətə düşən Fuad Canpoladın boyun nahiyəsinə bir bıçaq zərbəsi vurub, nəticədə onu həyatdan məhrum edib.
Məhkəmədə ifadə verən Fuad Canpoladı ona ağır söyüş söydüyünə görə bıçaqla vurduğunu etiraf edib:
“Həmin söyüşün qarşılığında aciz qalası deyildim. Məni tanıyanlar nəyə qadir olduğumu bilir. Canpoladı da buna görə vurdum”.
Qeyd edək ki, 2024-cü ilin yanvarın 1-də baş verən hadisə ilə bağlı məhkəmə prosesi ötən həftə başa çatıb.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












