Ödənişli parklama ərazisində şarj məntəqəsi yaradılıb – SÜRÜCÜLƏR NARAZIDIR - VİDEO

Artıq bir neçə gündür ki, paytaxtın Nərimanov rayonundakı elektrikdoldurma məntəqələri ilə əlaqədar sürücülər saytımıza şikayəy edir.
Avtosfer.az xəbər verir ki, rayonun ərazisində yerləşən Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında sürücülərin narazılığına səbəb olan hal müşahidə olunur.
Belə ki, stadiounun qarşısında quraşdırılan elektrikdoldurma məntəqəsində uzun müddətdir avtomobillərini şarj edən sürücülər son bir neçə gündə onlardan ödəniş tələb edildiyini bildirir. Onların sözlərinə görə, elektrikdoldurma məntəqəsindən uzun müddətdir istifadə edirdilər, son günlərdə gətirib kimsə əraziyə şlaqbaum quraşdırıb, avtomobilini şarj etdikdən sonra ərazidən uzaqlaşmaq istəyən sürücülərə qapıda ödəniş edilməsinin vacibliyi vurğulanır. Üstəlik, bununla bağlı əvvəlcədən heç bir məlumat da verilmir.
Məsələni detallı araşdırdıqdan sonra müəyyən etdik ki, “Tok.az” adlı şirkət ödənişli xidmət göstərmək üçün parklama ərazisinə 2 ədəd şarj cihazı yerləşdirib:
“Parklama ərazisindən kənarda 3 ədəd şarj cihazı quraşdırılıb. Sürücülər buradan yalnız şarj cihazından elektrik doldurmaq məqsədilə ödəniş edə bilərlər. Stadionun “AzParking” sisteminə aid olan hissəsinə Tok.az şirkəti tərəfindən 2 ədəd şarj cihazı quraşdırılıb. Avtomobilini həm ərazidə park etməklə, həm də çıxışda avtomobili şarj etmək istədikdə sürücülərdən qanunu şəkildə “AzParking” tətbiqinə ödəniş etmək tələb olunur. “AzParking” tətbiqində, onsuz da, həmin parklama məntəqəsinin adı var. Məhz həmin əraziyə sadəcə cihaz quraşdırılıb ki, parklanma məntəqəsindən istifadə edən vətəndaşlar uzaq ərazilərdə cihaz axtarışına çıxmasınlar”.
Sürücülər aidiyyəti qurumlardan məsələni tezliklə həll etmələrini xahiş edirş onların fikrincə, yanacaqdoldurma məntəqəsinin daxilində necə parklama məntəqəsi yoxdur, eləcə də, elektrikdoldurma məntəqələrinin də qarşısında sürücülərin növbəli şəkildə şarj cihazından istifadəsinə şərait yaradılmalıdır.
Səfər
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO










