Ofisiant həbsdən adam "azad" etdirirmiş - 5 minlik dələduzluq

Quba rayonunda fəaliyət göstərən "Aura" restoranının Tural adlı ofisiantı dəlləduzluq əməlinə görə həbs edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, o, zərərçəkmişə bacısı oğlunu həbsdən azad etdirəcəyi barədə vəd verərək 5000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Tural saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə baxılıb. Məhkəmədə Tural özünü verilmiş ittiham üzrtə təqsirli bilib. O, qeyd edib ki, zərərçəkəndən aldığı pulu şəkər xəstəliyindən əziyyət çəkən azyaşlı övladının müalicəsinə xərcləyib. Məhkəmənin hökmü ilə Turala 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












