Ögey qardaşı adına bahalı maşın aldı, kredit borcunu ödəmir... - QARDAŞINDAN ŞİKAYƏTÇİDİR

Abşeron rayonu, Masazır qəsəbəsində qeydiyyatda olan Əhmədli Əhməd Əhməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik:
“Mən, Əhmədli Əhməd Əhməd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
41 yaşım var. İndiyə kimi 1150 manat kredit borcumdan başqa, heç kəsə borcum olmayıb. İldırım Əhmədov mənim ögey qardaşımdır. 2013-cü ildə kredit yolu ilə mənim adıma 23 min 500 dollara “Hyundai Grandaur” markalı maşın alıb. Təbii olaraq, sahibi olduğu üçün maşını da hər zaman o - qarşdaşım İldırım Əhmədov sürüb. Bir müddət sonra o, kredit borcunu ödəmədi. Mən ona dedim ki, maşının pulunu ödəməsən, məni tutacaqlar. Dedi ki, səni niyə tuturlarlar, uzaqbaşı maşınımı əlimdən alarlar!
Qeyd edim ki, qardaşım yüksək vəzifələrdə işləyib.
2017-ci ildə polis rəisi Etibar Qazıbəyovun əmisi oğlu mənə dedi ki, sənədlərini hazırla, səni “parkovşik” işinə düzəldək. Bunun üçün öncə “ASAN Xidmət”dən məhkum olunmadığına dair sənəd almalısan. Mən “ASAN Xidmət”ə getdim. Orada ad və soyadımı görən əməkdaş polisə zəng edib bildirdi ki, axtarışda olan insan burdadır.
Polislər məni ilk öncə “ASAN Xidmət”in təhlükəsizlik şöbəsi rəisinin yanına, sonra isə bölməyə apardılar. Atama ordan zəng etdim. Dedim ki, İldırımın maşınına görə məni məhkəməyə aparırlar. Atam İldırıma zəng edib ki, qardaşını məhkəmədən çıxar. Bundan sonra İldırım məni buraxdırdı.
Qeyd edim ki, sonra mən SOCAR-da işə düzəldim. Maaşımın 50 faizi qardaşımn maşınına görə tutuldu. Amma nə qədər pul tutulurdusa, qardaşım mənə göndərirdi. Sonra mən ərizə yazıb işdən ayrıldım. Hal-hazırda işsizəm.
Keçən ilin sentyabrında qardaşım mənə dedi ki, görüşək, amma bu haqda heç kəsə heç nə demə. Əlavə etdi ki, qardaşın kimi, sənə hər ay 100-120 manat xərclik pulu da verəcəm, maşın üçün də 200 manat ödəyəcəyəm. Yanvarın 27-də bacımın toyu oldu. Qardaşım sentybardan yanvar ayına kimi mənə hər ay 100-120 manat pul verirdi. Yanvardan sonra bir qəpik də olsun pul göndərmədi. Təkcə may ayında 120 manat pul verib.
Avqust ayında mənə dedi ki, atan da, anan da ölüb, maşını mənim üçün aldığını kimə sübut edəcəksən?! Məsələ burasındadır ki, bir iş də tapa bilmirəm ki, gedim başımı aşağı salıb işləyim. Tapdığım işdə işləməyə də İldırım imkan vermir”.
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO










