Oğlunu Türkiyədən Bakıdakı universitetə köçürmək istəyən ananın başına OYUN GƏLDİ

Türkiyədə təhsil alan oğlunu Bakıdakı ali təhsil ocaqlarından birində oxutdurmaq istəyən qadın dələduzluqla üzləşib.
Paytaxt sakini E. Məmmədova Türkiyədə təhsil alan oğlunun Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almasını istəyib. Bu zaman özünü tədris məsələləri üzrə səlahiyyətli şəxs kimi təqdim edən M. Niftaliyeva ona kömək edəcəyini bildirib. Bu vədlə qadından 7500 manat pul alıb.
Ancaq o, vədinə xilaf çıxıb. Aldadıldığını görən zərərçəkmiş E. Məmmədova hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə M .Niftalıyeva saxlanılaraq, istintaqa təhvil verilib.M. Niftalıyev barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.
Cinayət işinin məhkəmə istintaqı davam edir.
(lent.az)
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO










