Oğurluğa görə tutuldu, üzərindən heroin tapıldı - FOTO - VİDEO
Hadisə 16 Fevral 2022 19:50 Oxunub 670
Oğurluğa görə tutuldu, üzərindən heroin tapıldı  - FOTO  - VİDEO

Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Xəyal Aslanov saxlanılıb. Üzərindən narkotik vasitə olan "heroin" aşkar edilən saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun 2021 və 2022-ci illərin müxtəlif vaxtlarında rayon razisindəki ümumilikdə 4 mağazaya qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif məbləğlərdə nağd pul, danışıq kartları və tütün məmulatları oğrulması müəyyən edilib. Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh