Oğuzda qardaş-qardaşı qətlə yetirib - VİDEO - YENİLƏNİB
Hadisə 2 Aprel 2022 23:23 Oxunub 1702
Oğuzda qardaş-qardaşı qətlə yetirib - VİDEO - YENİLƏNİB

Oğuzda baş verən qətlin təfərrüatları məlum olub.

Avtosfer.az xəbər verir ki, qardaşlar arasında baş verən mübahisə zamanı Namiq Qurban oğlu Şirinov 46 yaşlı qardaşı Aqil Şirinovu ürək nahiyəsindən bıçaqlayıb. Ağır vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olan Aqil Şirinovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan bir-neçə dəqiqə sonra ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

***

20.28

Oğuzda qardaş-qardaşı bıçaqlayaraq qətlə yetirib.

Avtosfer.az xəbər verir ki, hadisə axşam saatlarında Oğuz şəhər ərazisində baş verib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh