Oğuzda yarıməsrlik ağacları kim qurudub? - VİDEO
Hadisə
25 İyun 2022 16:33
Oxunub 1484
![Oğuzda yarıməsrlik ağacları kim qurudub? - VİDEO](/upload/news/1700529.jpg)
Oğuzun Sincan kəndindəki 4 ədəd qovaq ağacına yandırıcı maddələr tökülüb.
Avtosfer.az xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun kənarında yaşanıb. Yol kənarındakı 45-50 yaşlı 4 ədəd qovaq ağacı bir neçə hissədən dəmir alətlə kəsilib. Daha sonra həmin hissələrə yandırıcı maddə tökülərək, üstü palçıqla örtülüb. Yağış yağdıqdan sonra palçıq yuyulub və naməlum şəxslərin çirkin əməlləri üzə çıxıb. Hadisənin gecə saatlarında törədilməsi ehtimal olunur. Kənd sakinləri deyir ki, həmin ağacların altında üç kəndin sakinləri kölgələnmək və dincəlmək üçün toplaşır. Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR