Banner

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Hadisə 27 Oktyabr 2026 14:11
Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...
WhatsApp kanalımıza abunə olun

Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

Avtosfer.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış.

N.Qurbanov hadisə günü müharibədə şəhid olmuş döyüş yoldaşının anım tədbirində iştirak etmək üçün Tovuza gedib.

Tədbirdən sonra Tovuzun Xəqani küçəsində bir qrup şəxs arasında münaqişə yaranıb. Nəticədə Ü.Abdullayev və Nizami Qurbanov bıçaq xəsarətləri alıb. Nizaminin həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Ağdam sakini Elnur Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Nizami Qurbanovla əvvəldən tanış olmadığı bildirilir.

N.Qurbanov ailənin tək oğul övladı olub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Oxunub : 120
ŞƏRH YAZ
Ad

E-mail

Şərh