16 yaşlı cüdoçunun Olimpiya Kompleksində bıçaqlanmasının yeni GÖRÜNTÜLƏRİ YAYILDI - YENİLƏNİB - FOTO - VİDEO
Hadisə 27 Noyabr 2022 15:40 Oxunub 3492
16 yaşlı cüdoçunun Olimpiya Kompleksində bıçaqlanmasının yeni GÖRÜNTÜLƏRİ YAYILDI  - YENİLƏNİB - FOTO - VİDEO

Dünən Bakıda, Şağan Olimpiya Kompleksində törədilən qətlin yeni görüntüləri yayımlanıb.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Belə ki, videoda 2006-cı il təvəllüdlü Tural Rüstəmov bıçaqla xəsarət alaraq həyatını itirdiyi anlar əks olunub. 

Olimpiya Kompleksində baş verən hadisənin görüntülərini təqdim edirik:

 

11:40

Xəbər verdiyimiz kimi, dünən Bakıda, Şağan Olimpiya Kompleksində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Avtosfer.az 16 yaşlı Turalın bıçaqlanma anının videosunu təqdim edir:

Qeyd edək ki, tərəflərin mübahisəsinə isə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh