Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək istəyən gömrükçü Əfsər Mirzəliyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Avtosfer.az xəbər verir ki, prokurorluq tərəfindən toplanmış dəlil və sübutlar baxılması üçün məhkəməyə göndərilib.
Təqsirləndirilən gömrük kapitanı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə ediləcək. Ona qarşı verilmiş ittihamlar təsdiqini taparsa, 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.
İlk iclas gələn həftə keçiriləcək.
Qeyd edək ki, Ə.Mirzəliyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru işləyib.
Onun öz qulluq mövqeyindən istifadə edərək vətəndaş Səfərov Səfər Həsən oğlu ilə qabaqcadan əlbir olaraq sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.
Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.(qafqazinfo)
Rusiyaya zərbələr qlobal inflyasiya riski yaradır
Bakıda nasaz avtobus qəza şəraiti yaratdı, sürücü sərnişinləri təhqir etdi - VİDEO
Paytaxtda yanacaqdaşıyan maşın ALOVLANDI - VİDEO
Bakıda yenə avtobus yandı - VİDEO
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO - VİDEO
Bu yolda hərəkət işgəncəyə çevrilib: Qazılan hissə bir ildir bərpa olunmur - VİDEO
Paytaxtda maşından meyit tapılıb
Bakıda avtobus sürücüsünün ani diqqətsizliyi faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO
İşıqlandırılmayan yolda dayanan sərxoş piyada təhlükə yaratdı - VİDEO
Zuğulbada hərəkətdə olan “Mercedes Vito” yanaraq kül oldu - VİDEO
Piyadaları vurmamaq üçün manevr edən motosiklet aşdı; sürücü yaralandı - VİDEO










