On beş yaşlı əmisi qızını qaçıran gəncə 4 il 6 ay həbs verildi

Masallı rayonunda yetkinlik yaşına çatmayan əmisi qızını qaçıran şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, rayon məhkəməsinin hökmü ilə 2000-ci il təvəllüdlü Fariz Xasıyev (şərti ad-soyadlı) Cinayət Məcəlləsinin 152 və 177-cü (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və oğurluq) maddələri ilə təqsirli bilinib.
Qeyd edilib ki, Fariz 15 yaşlı əmisi qızına onunla evlənəcəyini deyərək birgə qaçmağı təklif edib. O, qızı Bakıya qaçıracağını desə də, Masallıda başqa qohumunun evinə aparıb və əxlaqsız hərəkətlər edib. Hadisə barədə polisə məlumat verildikdən sonra yeniyetmənin əmisi oğlu Fariz tərəfindən qaçırıldığı müəyyənləşib. Gənc oğlanın əvvəllər də məhkum olunduğu, eləcə də həmin ərəfədə oğurluq cinayəti törətdiyi üzə çıxıb.
Məhkəmədə F. Xasıyevin əmisi ona ağır cəza verilməsini tələb edib. Fariz isə əməlindən peşman olduğunu deyib.
Masallı Rayon Məhkəməsinin hökmü ilə Fariz Xasıyevə 4 il 6 ay həbs cəzası verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












