
Gəmi yanıb, altı dənizçi xəsarət alıb
Hadisə
27 Mart 2025 20:28
Oxunub 448

Cənubi Koreyanın Kamçxon (Busan) limanından 8 km məsafədə dənizdə Rusiyaya məxsus “Crystal Asia” gəmisində yanğın baş verib.
Avtosfer.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Busandakı Baş Konsulluğu məlumat yayıb.
"Martın 26-da yerli vaxtla saat 07:14-də Kamçxon (Busan) limanından 8 km məsafədə dənizdə Rusiyaya məxsus “Crystal Asia” refrijerator gəmisində (heyət 23 nəfərdən ibarətdir, onlardan 22-si Rusiya vətəndaşıdır) yanğın baş verib. Busan dəniz polisinin məlumatına görə, altı rusiyalı xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır", - məlumatda bildirilib.
İlkin məlumatlara görə, yanğının səbəbi maşın şöbəsində turbinin partlaması və ya zədələnməsi ola bilər.
Gəmi Cənubi Koreyada təmirdə olub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR