Ötən il polis azı 1251 nəfəri öldürüb

2024-cü ildə ABŞ-də polis tərəfindən azı 1 251 nəfər öldürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report” polis zorakılığına dair bazaya (mappingpoliceviolence.us) istinadən məlumat yayıb.
Belə ki, ötən il yalnız 13 gün ərzində polis qətli hadisəsi qeydə alınmayıb. 2023-cü ildə polis tərəfindən öldürülmüş insanların sayı 1 247 olub və onlardan 27 faizi qaradərili idisə, 2024-cü ildə bu, 30 %-ə yüksəlib. Beləliklə, son 10 ildə ən çox polis qətlləri hadisələri 2024-cü ilin payına düşüb.
2013-2023-cü illər arasında polis tərəfindən törədilmiş qətllərin 98,1 faizi üçün polis əməkdaşları cinayət məsuliyyətinə cəlb olunmayıb. 2024-cü ildə ən çox polis qətli Nyu-Meksiko ştatında baş verib. Ümumilikdə, 2013-cü ildən bu günə qədər polis 13 minə yaxın insanı öldürüb.
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…












