Ötmə qaydasına məhəl qoymayan sürücü sol zolaqdakı maşını sıxışdırdı - VİDEO

Öndəki nəqliyyat vasitələrini heçə saydı, qayda pozaraq onları ötüb keçdi.
Avtosfer.az xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb. Avtomobilin videoregistratoruna düşən görüntülərdən aydın olduğu kimi arxadan gələn maşın hərəkətdə olan nəqliyyat vasitələrinə məhəl qoymayıb. Belə ki, “Runna” markalı, 99-GO-117 dövlət nömrə nişanlı avtomobilin sürücüsü öndə gedən maşının qarşısına keçərək ötmə qaydasını pozub. Solda gedən avtomobili sıxışdıraraq zolağın ortasıyla gedən “Runna” istəyini gerçəkləşdirdikdən sonra yenidən öz yoluna qayıdaraq yoluna davam edib.
Qeyd edək ki, sürücüləri qəzəbləndirən “Runna” markalı avtomobilin sahibi “Yol hərəkəti haqqında” qanunun 51-ci maddəsində vurğulanan ötmə qaydalarına zidd hərəkət etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən, 40 manat cərimə ödəmək məcburiyyətindədir.
Nərmin
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı










