Ov tüfəngi ilə maşına hücum edən şəxs onu vurmaq istədi; tərkisilah edildi - VİDEO

Hadisə 1 May 2025 22:03 Oxunub 428
Ov tüfəngi ilə maşına hücum edən şəxs onu vurmaq istədi; tərkisilah edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ov tüfəngi ilə avtomobilin sürücüsünə hücum edən şəxsin görüntüləri həvəskar kameraman tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Kahramanmaraş şəhərində baş verib.

Belə ki, adı açıqlanmayan şəxs əlində ov tüfəngi ilə sürücüyə hücum edib. Bir müddət sürücü ilə mübahisə edən silahlı şəxs ona ov tüfəngindən atəş açmaq istəyib, lakin tüfəngdə nasazlıq yaranıb.  Avtomobildən enən sürücü silahlı şəxsi yerə yıxıb və ətrafdakı bir nəfərin köməkliyi ilə silah əlindən alınıb. Daha sonra hadisə yerinə polis əməkdaşları çağırılıb, hazırda polis problemin hansı səbəbdən yarandığını araşdırır.

Sözügedən insidentin videosunu təqdim edirik:

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh