Övladını naqillə döyən qadın tapıldı - VİDEO (YENİLƏNİB)

Övladını naqillə döyən qadın tapılıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün sosial media hesabında paylaşım edib.
O, həmçinin azyaşlının "Azərbaycan Uşaqları" ictimai birliyinin uşaq sığınacağına yerləşdirildiyini vurğulayıb.
**
Fevralın 3-də ananın uşağına işgəncə verməsi ilə bağlı görüntü sosial mediada yayılmışdı. Videoda ana azyaşlı övladını küncə qoyub, şiddət göstərdiyini etiraf edib. O, həmçinin uşağını çubuqla döyəndə incitmədiyi üçün naqillə vurduğunu deyirdi.
Avtosfer.az-ın məlumatına görə, sözügedən məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən Oxu.az-a bildirilib ki, hazırda uşağın anası Fatimə Ramazanovanın və övladının tapılması istiqamətində işlər aparılır:
"Azyaşlı M.E.Ramazanovanın anası Fatimə Rafiq qızı Ramazanova tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə Rayon İcra Hakimiyyəti tərəfindən Rayon Polis İdarəsinə və Rayon Prokurorluğuna rəsmi müraciət edilib. Rayon Polis İdarəsi tərəfindən verilmiş şifahi məlumatda Fatimə Ramazanovanın yaşadığı ünvanın müəyyən edildiyi, lakin onun və övladının həmin ünvanda olmadığı bildirilib. Hazırda Fatimə Ramazanovanın və övladının tapılması istiqamətində işlər aparılır".
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü










