Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? - VİDEO

51 yaşlı Ucar rayon Alpout kənd sakini Vidadi İsgəndərov mayın 5-də Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyatdan sonra vəfat edib.
Avtosfer.az xəbər verir ki, “ATV”yə danışan mərhumun ailə üzvlərinin sözlərinə görə, o, lazimi müayinələrdən keçib, ölümünə səbəb isə həkim səhlənkarlığı olub.
Mərhumun qonşusu Qılman Tağıyev deyir ki, səhər onu özləri Göyçaya yola salıblar: “Varikozdan əməliyyata gedirdi. Günorta saat 12-də də xəbər gəldi ki, vəfat edib”.
Qardaşı Ağayar İsgəndərov isə bildirir ki, mərhuma narkoz verilib, narkozdan da ayılmayıb: “Bizə dedilər ki, müayinələrdən keçirmişik, ürəyi də, ciyəri də salamatdır. Çıxandan sonra isə soruşdum ki, niyə ona narkoz verdiniz? Dedilər ki, “narkozsuz əməliyyat olmaz”.
V. İsgəndərovun həyat yoldaşı Nuranə Hacıyevanın sözlərinə əsasən, evdən sənədi götürüb xəstəxanaya gedənə qədər əri artıq əməliyyata salınıb: “Əməliyyatdan əvvəl sənədləri həkimə verdim. Həkim məndən UZİ kağızını istədi. Qayıdıb evdən götürüb getdim. Gördüm artıq əməliyyata salıblar. 10-15 dəqiqədən sonra həkim çıxıb soruşdu ki, “bunda ürək xəstəliyi var idi?” Mən də bildirdim ki, dəfələrlə müayinələrdən keçib, heç bir problemi olmayıb. Həkim də dedi ki, əməliyyat etmişik. Əməliyyatdan sonra ürəyi dayandı”.
Məsələ ilə bağlı Göyçay Rayon Mərkəzi Xəstəxanasından müayinələr zamanı mərhumun ürəyində hər hansı problemin olmadığını təsdiq ediblər. Reanimatoloq-anestezioloq Solmaz Hüseynova onun ölüm səbəbini belə izah edib: “1974-cü il təvəllüdlü kişi “iki tərəfli varikosel” diaqnozu ilə əməliyyata qəbul edilib. Əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib və əməliyyat üçün hər hansı əks göstəriş aşkar edilməyib. Həmçinin əməliyyat zamanı həmin şəxsdə heç bir patoloji hal müşahidə olunmayıb. Lakin dəri tikişlərinə başlanılarkən ani ürək dayanması müşahidə edilib. Zəruri tibbi yardımlar və reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə bioloji ölüm baş verib. Ölüm səbəbi kimi “ağciyər arteriyasının trombemboliyası” diaqnozu ehtimal olunur”.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












