Banner

Özündə saxladığı açarla keçmiş iş yerindən 6 minlik oğurluq etdi

Hadisə 30 Dekabr 2025 19:21 Oxunub 146
Özündə saxladığı açarla keçmiş iş yerindən 6 minlik oğurluq etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, zərərçəkən polisə müraciət edərək icarədarı olduğu ofisdən 6000 manat dəyərində kompüter və televizor oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində K.Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, gecə saatlarında əvvəllər çalışdığı iş yerinə gəlib və özündə saxladığı açarla qapını açaraq ofisi talayıb.

Bundan başqa Sabunçu rayonunda keçirilən tədbir zamanı isə gecə vaxtı vətəndaşın evinin qarşısında saxladığı 1800 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən İ.Əlizadə və M.Quliyev də müəyyən olunaraq saxlanılıblar.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh