Özünü ağacdan asan 23 yaşlı qazinin intihar səbəbi AÇIQLANDI - YENİLƏNİB

Aprelin 22-də Qusar rayonunun Əniq kəndində Vətən Müharibəsi qazisi Feyruz Qəhrəmanov intihar edib. Psixoloji problemlər yaşayan müharibə iştirakçısı, məhz bu səbəbdən canına qəsd edib.
Bu barədə Əniq kəndinin icra nümayəndəsi Baba Məcidov məlumat verib. “YAŞAT Fondu tərəfindən onun müalicəsi üçün 7300 manat pul köçürülmüşdü. Davamlı olaraq müalicə edilsə də, nəticəsi olmadı. Biz icra nümayəndəliyi olaraq onunla daim görüşürdük, psixoloji söhbətlər aparırdıq", - icra nümayəndəsi deyib. Baba Məcidovun sözlərinə görə, 1999-cu il təvəllüdlü Feyruz subay olub: "Çox mehriban, yaxşı ailəsi var. Müalicə aldığı müddətdə kənd təsərrüfatı işləri ilə məşğul idi, həmişə at belində olardı. Allah rəhmət eləsin. Heyif, onun kimi gözəl bir insan həyatını itirdi”.
15:12
Qusarda Qarabağ qazisi özünü asıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 21-i gecə saatlarında rayonun Əniq kəndində baş verib. Belə ki, kənd sakini Qəhrəmanov Feyruz Qəhrəman oğlu özünü ağacdan asaraq, həyatına son qoyub. Onun hansı səbəbdən həyatına qəsd etdiyi hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki. F. Qəhrəmanov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Yaxınlarının sözlərinə görə, o, müharibədə xəsarət alıb və buna görə müalicə olunurdu.
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO
Nizami rayonunda qəza riski: "Yolda müvafiq nişanın olmaması təhlükə yaradır" - VİDEO
"Bandotdel" ƏMƏLİYYAT KEÇİRDİ - 3 nəfər saxlanıldı - VİDEO
İş adamı tanışlarının maşınına narkotik qoydurmaq istədi - HƏBS EDİLDİ
Abşeron Gənclər Şəhərciyində yanğın - FOTO - VİDEO
Mağaza sahibləri ilə silahlı insident yaşandı – Çeçen öldü, 4 yaralı, 14 şübhəli var – ANBAAN VİDEO
Sərnişinin bu hərəkəti taksi sürücüsünü əsəbiləşdirdi - VİDEO
Polisin əmrinə tabe olmayan sürücüyə atəş açıldı – ANBAAN VİDEO
Qazaxıstandan yenicə gəlmişdi, dəm qazından öldü - FOTOLAR - YENİLƏNİB











