Özünü binadan atdı, başqasının üstünə düşdü - İkisi də öldü - VİDEO - YENİLƏNİB

Bakıda baş verən dəhşətli intiharla bağlı yeni faktlar məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə baş verən binanın sakinlərinin sözlərinə görə, intihar edən 23 yaşlı Yaftum Orucov orada fəhlə işləyirmiş. Onun intihar etmək istədiyini görən komendant Namiq Məmiyev gənc oğlana mane olmağa çalışıb. Elə bu zaman komendant da intihar edən gənclə bir yerdə 16-cı mərtəbədən düşüb.
Lakin bunlar bina sakinlərinin dedikləridir. Hadisənin dəqiq baş vermə şəraiti və səbəbləri istintaq araşdırmalarından sonra məlum olacaq.
(lent.az)
***
14:10
Bakıda dəhşətli intihar hadisəsində sonra ölənlərin kimlikləri məlum olub.
Avtosfer.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Yaftum Yaşar oğlu Orucov çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, 1972-ci il təvəllüdlü Namiq Abi oğlu Məmiyevin üzərinə düşüb. Nəticədə hər iki şəxs yerindəcə keçiniblər.
(oxu.az)
***
13:57
Bakıda dəhşətli intihar hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində, "Siyaqut" şadlıq sarayının yaxınlığında qeydə alınıb.
Adı hələlik məlum olmayan gənc oğlan çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Həmin şəxsin komendant olduğu bildirilir.
Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO










