Özünü dənizə atan qız xilas edilib - VİDEO

Hadisə 3 Fevral 2022 23:44 Oxunub 1578
Özünü dənizə atan qız xilas edilib  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində intihar məqsədilə özünü dənizə atmış Fərzəlizadə Aytən Vasif qızı dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən xilas edilərək, ilkin yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh