Özünü dövlət qurumunun əməkdaşı kimi təqdim etdi, qadından 3500 manat aldı

Bakıda özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən məlumatına görə, Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 29,178.2.4 (Dələduzluğa cəhd - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) maddələri ilə mühakimə olunan N.İbrahimova 2 il 28 gün müddətinə azadlıqdan məhruemtmə cəzasına məhkum edilib. İş materiallarından aydın olur ki, N.İbrahimov zərərçəkmiş Q.Xəlilova ilə "TikTok" platformasında tanış olub. O, özünü Q.Xəlilovaya dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib. Q.Xəlilova isə ondan oğlunu işlədiyi quruma işə düzəltməyi xahiş edib. N.İbrahimov bunun üçün 10 000 manat pul lazım olduğunu bildirib və ilkin olaraq Q.Xəlilovadan 3500 manat alıb. Lakin verdiyi vədi yerinə yerinə yetirməyib. Q.Xəlilova polisə müraciət edib. Faktla bağlı cinayət işi başlanıb. N.İbrahimov saxlanıldıqdan sonra ona ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə prosesi zamanı N.İbrahimov verilmiş ittihamla özünü təqsirli bilib. O, qeyd edib ki, aldığı pulu övladının müalicəsinə xərcləyib. Həmçinin məlum olub ki, dəymiş ziyan ödənilib və zərərçəkmişlə N.İbrahimov arasında barışıq əldə edilib.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












