Özünü polis kimi təqdim etdi, 5250 manat mənimsədi

Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq cinayətinə yol verməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Rahib adlı həmin şəxs Xəzər Baxşəliyev adlı vətəndaş barəsindəki cinayət işinə xitam verilməsinə köməklik göstərəcəyi barədə onun yaxınları ilə danışıb. Onları inandırıb ki, polis işçisidir və bu problemi həll edə bilər. Bunun müqabilində o, Xəzər Baxşəliyevin yaxınlarından 5250 manat pul alıb. Lakin o verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəfə aldanıldığını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib. Rahib saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. Cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Rahib məhkəmə özünü verilmiş ittiham üzrə təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 günə hesabı ilə verilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












