Özüylə yanaşı “Prius”u da təhlükəyə atdı - VİDEO

Magistral yolda qaçaraq keçməyə çalışdı, avtomobilin hədəfindən saniyə ilə qurtulmağı bacardı.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın mərkəzi küçələrindən birində baş verib. Yolun müşahidə kameralarına düşən görüntülərə bir müddət baxdıqdan sonra yolda şütüyən avtomobillərə məhəl qoymayan piyadanı görürük. Avtomobilini yolun kənarında saxlayaraq düşən sürücü maşınların hərəkətini müşahidə etdikdən sonra yolun sağ istiqamətində gedən avtomobillərə baxaraq digər tərəfə keçməyə cəhd edib. Sağ tərəfdə duran avtomobillərə baxmaqla kifayətlənərək sürətini artıran şəxs sol istiqamətdə gedən maşınları gözə almaması diqqətdən qaçmır. Nəticədə yüksək sürətlə irəliləyən “Toyota Prius” markalı avtomobilin qarşısından keçən piyada şanslı çıxaraq saniyə ilə qurtulmağı bacarıb. Təbii ki, günah “Prius”da olmasa da, sürücü avtomobilini saxlayıb və piyada ilə ünsiyyət qurmağa çalışıb.
Təəssüf hissi ilə qeyd edək ki, son zamanlar piyadaların tələskənliyi və canlarını riskə ataraq yolu keçməyə çalışmaları geniş yayılıb. Lakin hər insan da videodakı şəxs kimi mövcud qəzadan yan keçərək şanslı çıxmır. Məhz bu səbəbdən yolu keçərkən ikiqat ehtiyatlı davranmaq və öncədən yolun sağ və sol tərəfinə baxmaq lazımdır.
Nərmin Əkbər
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı










