PA-ya işə düzəltmə adı 3000 manatlıq dələduzluq

Bakıda vətəndaşı 3000 manata Prezident Adminstrasiyasına (PA) işə düzəldəcəyini və edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, İsmayıl İsmayılov S. Nasimovdan 3000 manat alaraq onu PA-ya təşkilatçı vəzifəsinə, bacısı Z.Nasimovadan isə 2500 manat alaraq onu bağçalardan birinə müəllim düzəldəcəyini vəd edib. İsmayıl İsmayılov özünü qurbanlarına iş adamı kimi təqdim edib. Ona inanan vətəndaşlar deyilən məbləği versələr də, nəticə onlar üçün gözlənilməz olub. Zərərçəkənlər anlayıb ki, aldanıblar. Bu baxımdan hüquq-mühafizə orqanlarına müraciət ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin məhkəmə istintaqı Yasamal Rayon Məhkəməsində aparılıb. Məhkəmə İsmayıl İsmayılovun əməlini 178.1-ci maddəyə tövsif edib və o, bu maddə ilə təqsirli bilinib. Lakin törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












