
Pakistan ordusu Hindistana məxsus PUA-nı zərərsizləşdirdi - VİDEO
Hadisə
8 May 2025 10:53
Oxunub 102

Pakistanın Lahor şəhərində bir neçə partlayış baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Samaa TV” telekanalı yayıb.
Bildirilib ki, partlayışlar Uolton hava limanı yaxınlığında qeydə alınıb.
Telekanalın mənbəsinin sözlərinə görə, ərazidə Hindistana məxsus kəşfiyyat üçün istifadə olunan pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Xatırladaq ki, Hindistan mayın 7-nə keçən gecə Pakistanda “terror infrastrukturu”na qarşı “Sindur” əməliyyatına başladığını elan edib və ölkə ərazisinə zərbələr endirib. Pakistan isə buna Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab verib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR