Pakistanlı hindistan vətəndaşlarını aldadaraq pullarını aldı - Bakıda - FOTO - VİDEO

Hadisə 21 May 2024 15:21 Oxunub 286
Pakistanlı hindistan vətəndaşlarını aldadaraq pullarını aldı - Bakıda - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı altında dələduzluq edərək aldadan pakistanlı saxlanılıb.

Avtosfer.az xəbər verir ki, Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir nəticəsində Azərbaycan Respublikasının ərazisinə gəlmiş 3 Hindistan vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinən Pakistan vətəndaşı 1993-cü il təvəllüdlü Shahid Kamran Ali saxlanılıb. O, guya zərərçəkənlərə Amerika Birləşmiş Ştatlarına getməkdə köməklik edəcəyi vədini verərək onların maddi vəsaitini ələ keçirib.

Shahid Kamran Alinin törətdiyi qanunazidd əməllər barəsində araşdırmalar davam etdirilir. 

Onun hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh