Arvadını doğramaqda şübhəli bilinən 89 yaşlı ər saxlanıldı - VİDEO - FOTO - YENİLƏNİB
Hadisə 3 Noyabr 2022 17:56 Oxunub 2028
Arvadını doğramaqda şübhəli bilinən 89 yaşlı ər saxlanıldı  - VİDEO - FOTO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Rusiyada baş vermiş dəhşətli qətldə 89 yaşlı ər Pyotr Voyxanovski şübhəli bilinir. Cütlüyün birgə evində aparılan əməliyyat-axtarış tədbiri zamanı qadına məxsus digər hissələr aşkar olunub. O əməlini boynuna almaqdan imtina edib.  Cinayətkar polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

Faktla bağlı araşdırma davam edir.

17:32

Rusiyada dəhşətli hadisə baş verib. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, Moskvanın Marşal Tuxaçevski küçəsindəki yaşayış binasının həyətində hissələrə bölünərək parçalanmış qadın meyidi tapılıb. İlkin araşdırmaya görə qadının qatili 89 yaşlı cinayətkar əridir. Axtarış zamanı onun evindən də insan qalıqları aşkar edilib.

Qeyd edək ki, hadisə ərazidəki məktəbdən yüz metr uzaqda baş verib.

Hadisə yerindən olan görüntüləri təqdim edirik:

Nərminə Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh