Parisdə qatarların hərəkəti dayandırıldı - VİDEO
Hadisə
7 Mart 2025 15:36

Fransada, Paris Şimal vağzalı yaxınlığında İkinci Dünya müharibəsi dövründən qalma bomba tapılıb və qatarların hərəkəti dayandırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "BFM TV" məlumat verib.
Partlamamış aviabomba Sen-Deni kommunasında, vağzaldan 2,5 km aralıda, dəmiryol relslərinin yaxınlığında aşkarlanıb.
Bununla əlaqədar Paris polis prefekturası bu ərazidə qatarların hərəkətinin dayandırılması barədə göstəriş verib.
Nəqliyyatın hərəkəti yalnız Paris polis prefekturasının xüsusi xidmət orqanları tərəfindən aparılan bomba zərərsizləşdirilməsi əməliyyatı başa çatdıqdan sonra bərpa ediləcək.
Həmçinin qeyd edilir ki, dəmiryolu hərəkətinin dayandırılması əsasən Şimal vağzalından Londona yola düşən bütün "Eurostar" qatarlarına şamil edilib.
Oxunub : 428
DİGƏR XƏBƏRLƏR
21 Fevral 2026 21:12
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
21 Fevral 2026 18:36
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
21 Fevral 2026 18:12
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
21 Fevral 2026 15:08
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
21 Fevral 2026 15:00
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
21 Fevral 2026 14:07
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
21 Fevral 2026 13:16
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
21 Fevral 2026 11:28
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
20 Fevral 2026 20:42
Bakıda “Ford" yanıb - VİDEO
20 Fevral 2026 17:50
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO
20 Fevral 2026 17:23
Bir marketdən oğurlayıb başqasına satdı - Polis saxladı
20 Fevral 2026 13:30
Bakıda piyada ayrıcı maneənin üzərindən maşının qabağına tullandı - ANBAAN VİDEO
ŞƏRH YAZ









