Parkda istirahət edənləri qorxudan görüntülər: DİN-dən AÇIQLAMA - VİDEO

Bakıdakı Mərkəzi Park ərazisində ekstremal velosiped idmanı ilə məşğul olan bəzi şəxslərin davranışı ziyarətçilər üçün təhlükə yaradır. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, parkda istirahət edən bəzi vətəndaşlar, xüsusilə, uşaqlı ailələr ekstremal velosiped sürənlərin yaratdığı risklərdən narahat olduqlarını bildirirlər. Onların sözlərinə görə, yüksək sürətlə və təhlükəsizlik qaydalarına əməl edilmədən edilən hərəkətlər həm idmançılar, həm də ətrafdakı insanlar üçün xəsarət riski yaradır. Müşahidələr zamanı bu idman növü ilə məşğul olan bəzi şəxslərin qoruyucu vasitələrdən, o cümlədən dəbilqədən istifadə etmədiyi də diqqət çəkib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, parklarda, küçələrdə və digər ictimai yerlərdə təhlükəsizlik qaydalarına əməl etmədən ekstremal idman növləri ilə məşğul olmaq yolverilməzdir.
"Qoruyucu vasitələrdən, xüsusilə də dəbilqədən istifadə edilməməsi yıxılma və ya toqquşma zamanı ağır xəsarətlərlə nəticələnə bilər. Polis əməkdaşları tərəfindən bu cür riskli davranışlara yol verən şəxslər müəyyən edilərək onlarla maarifləndirici və profilaktik söhbətlər aparılır. Xüsusilə, azyaşlıların dəbilqəsiz şəkildə ekstremal idman növləri ilə məşğul olduğunu nəzərə alaraq, valideynlərə övladlarının təhlükəsizliyinə həssas yanaşmaları və onların fəaliyyətinə daha ciddi nəzarət etmələri tövsiyə olunur. Bir daha ictimai yerlərdə ekstremal idman növləri ilə məşğul olan vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Bu qaydalara məsuliyyətlə yanaşmaq həm şəxsi sağlamlığın, həm də ictimai təhlükəsizliyin qorunmasına xidmət edir", - deyə DİN rəsmisi vurğulayıb.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO













