Parlamentdə deputatlar arasında əlbəyaxa dava - VİDEO

Hadisə 15 Aprel 2024 21:51 Oxunub 274
Parlamentdə deputatlar arasında əlbəyaxa dava - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gürcüstan parlamentinin hüquq komitəsinin aprelin 15- də keçirilən iclasında “Vətəndaşlar” blokunun lideri Aleko Elisaşvili ilə parlament çoxluğunun lideri Mamuka Mdinaradze arasında mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya keçib.

Vətəndaşlar partiyasının lideri Eliko Elisaşvili hakim “Gürcü Arzusu” partiyasının parlament çoxluğunun rəhbəri Mamuka Mdinaradzeyə sillə vurub. Dava səbəbilə komitənin işinə fasilə verilib. Mamuka Mdinaradze insidenti təxribat adlandırıb. O, deputat Aleko Elisaşvilinin davranışına “adekvat reaksiya” veriləcəyini deyib. Fasilədən sonra komitənin işi bərpa edilib. Hazırda qanun layihəsinin müzakirəsi davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh