
Partlayan “KamAZ” təkəri ustanın ölümünə səbəb oldu - VİDEO
Hadisə
2 Avqust 2023 19:43
Oxunub 524

Bərdənin Heydər Əliyev prospektində təkər təmiri sexində ölümlə nəticələnən hadisə baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, bədbəxt olay dünən axşam saatlarında cərəyan edib. Belə ki, təmir sexində usta işləyən Samir adlı şəxs “KamAZ” markalı yük maşınının şinini dəyişərkən təkər qəflətən partlayıb. Bu zaman zərbədən ağır bədən xəsarətləri alan usta hadisə yerində həyatını itirib.
Qeyd edək ki, faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR