Paytaxt sakininin başına iş gəldi - Xaricdən gətirdiyi avtomobili bu vəziyyətdə tapdı - VİDEO

Paytaxt sakininin avtomobili qarət edilib. O xaricdən aldığı maşınını Qaradağda gömrük məntəqəsinin qarşısında saxlayıb.
Avtosfer.az xəbər verir ki, bir neçə gün sonra gələrkən nəqliyyat vasitəsinin yerində olmadığını görüb. Bəs vətəndaşın avtomobilini oradan kim ərazidən aparıb və qarət faktı hansı şəraitdə baş verib ? 13 min manata aldığı avtomobil qarət edilib. Bu iddia ilə paytaxt sakini Azər Rəcəbov çıxış edib. O bildirib ki, ABŞ-dan aldığı avtomobili bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin Qaradağ rayonu ərazisindəki idarəsində gömrük məntəqəsində rəsmiləşdirib. Daha sonra nəqliyyat vasitəsini məntəqənin qarşısındakı dayanacaqda müvəqqəti saxlayaraq gedib. Bir neçə gün sonra onu götürməyə gələndə yerində olmadığını görüb. Azər Rəcəbov bundan sonra həm Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, həm də Qaradağ Rayon 10-cu polis bölməsinə məlumat verib. O iddia edir ki, ərazidə xidmət aparan yol polisi əməkdaşlarından biri məlumat verib ki, nəqliyyat vasitəsini məhz yol polisi duracaqdan götürərək sahibsiz əraziyə atıb. Zərərçəkmişin iddiasına görə yol kənarına atılmış avtomobili naməlum şəxs və ya şəxslər tərəfindən qarət edilib və ona ümumilikdə 2000 manat məbləğində ziyan dəyib. Daxili İşlər Nazirliyindən isə bildirilib ki, vətəndaşın iddiaları araşdırılır. Araşdırma nəticəsində məsələyə hüquqi qiymət veriləcək və vətəndaş bu barədə məlumatlandırılacaq.
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi
Qırmızı işıqda gözləyən avtomobillər çökən yola düşdü - FOTO
Motosikletlə kafeyə girib narahatlıq yaradan sürücü cərimələndi – 250 manat - VİDEO









